Menu
Geri İrəli

UEFA “Barselona”nı cəzalandırdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 208 dəfə • Şərh yoxdur

h

UEFA “Barselona” klubunu tribunalarda asılan Kataloniya bayraqlarına görə cəzalandırıb.

“Barselona”nın Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Bayer”lə oynadığı matçda tribunalarda açılan Kataloniya bayraqlarına görə klubu 40 min avro cərimələyib.

Qeyd edək ki, “Barselona” ötən mövsüm Çempionlar Liqasının finalında “Yuventus”la matçda da eyni hadisəyə görə 30 min avro cərimələnmişdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın