Menu
Geri İrəli

Vüqar Bayramov: 10 min dollarlıq kreditlərlə bağlı müzakirə yekunlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 7 İyun 2016 • Baxış sayı: 231 dəfə • Şərh yoxdur

bayramov (1)

“Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir”.

Ötən ilin fevral ayında kredit götürənlərə kompensasiyanın ödənilməsi və güzəştlərin tətbiqini ilk dəfə təklif edəndə, bu təşəbbüs rəsmi dəstək qazanmasa da, son zamanlar gələn xəbərlər müəyyən nikbinlik yaradır.

O zaman kompensasiya mexanizmini rəsmi şəkildə hökumətə də təqdim etdim. İkinci devalvasiyadan sonra isə bu məsələni daimi olaraq gündəmdə saxlamağa çalışdım.

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD) Vüqar Bayramov öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, parlamentdən gələn xəbərlər də 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsinin yekunlaşmaqda olduğunu göstərir:

“Çox sevindirici haldır ki, müxtəlif steykholderlə, o cümlədən parlament, mətbuat, müstəqil iqtisadçılar bu təşəbbüsə ciddi dəstək verdilər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının son açıqlamalarından bəlli olur ki, artıq 10 min dollaradək olan kreditlərə kompensasiyanın verilməsi məsələsinin müzakirəsi yekunlaşmaqdadır. Parlamentdən gələn xəbərlər də bunu təsdiq etməkdədir.

Hökumət kreditlərə güzəştin verilməsi barədə nə qədər tez qərar qəbul edəcəksə, kredit bazarındakı problemlərin həllinə o qədər tez yardım göstərmiş olar”.

“Son monitorinqlərimiz də göstərir ki, kredit götürənlərə güzəşt olmadan bank sektorundakı mövcud problemləri aradan qaldırmaq mümkün olmayacaq. Rəsmi qərarı gözləyək”, – deyə iqtisadçı qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın