Menu
Geri İrəli

“Xəzər Lənkəran” Antalyaya yollandı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 6 Yanvar 2015 • Baxış sayı: 326 dəfə • Şərh yoxdur

“Xəzər Lənkəran” qış təlim-məşq toplanışını keçirmək üçün Türkiyəyə yollanıb. “Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyanın Belek bölgəsində yerləşən “Crystal Tat Beach” otelində yerləşəcək komanda 20 günlük toplanış çərçivəsində 5 yoxlama oyununa çıxacaq.

86658

Elbrus Məmmədovun başçılıq etdiyi heyət toplanışda aşağıdakı tərkibdə iştirak edəcək:

Orxan Sadıqlı, Vyekoslav Tomiç, Tərlan Qasımzadə, Rasim Ramaldanov, Tural Cəlilov, Elvin Mirzəyev, İlyas Səfərzadə, Ruslan Cəfərov, Elnur İsmailov, Maqsum Qəmbərli, Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, İlqar Ələkbərov, Kamran Abdullazadə, Bəhruz Teymurov, Elşən Rzazadə, Elsevər Bəkirzadə, Kazım Kazımlı, Ağabala Ramazanov, Nurxan Mənsimzadə.

Qeyd edək ki, Elnur Cəfərov isə gənclərdən ibarət yığmamızın heyətində Valentin Qranatkin turnirindəki çıxışını başa vurduqdan sonra komandaya qoşulacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın