Menu
Geri İrəli

““Xəzər Lənkəran” məğlub ediləsi rəqib idi”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 228 dəfə • Şərh yoxdur

60034

“Rəvan”ın baş məşqçisi Bəhmən Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

O, ağıl ilə yox, emosiya ilə oynadıqları üçün 3 xalı rəqibə hədiyyə etdiklərini deyib:

“Oyunumuz heç xoşuma gəlmədi. “Xəzər Lənkəran” məğlub ediləsi rəqib idi. Sadəcə, rəqibin fiziki durumu yaxşıdır, futbolçuları çox qaçır. Mənə bir az zaman lazımdır. Futbolçu konkret olaraq qarşıya qoyulan tələbləri yerinə yetirməldir. Çox şeyi dəyişməliyik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın