Menu
Geri İrəli

Yunis Hüseynov hakimi təhqir etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

1443379423_yunis-huseynov

Başa çatan “Rəvan” – “Xəzər Lənkəran” oyunun son dəqiqələri çox həyəcanlı keçib.

Matça əlavə olunmuş vaxtın bitməsinə baxmayaraq, oyunun qurtarması qonaqların baş məşqçisi Yunis Hüseynovu özündən çıxarıb

O, bir neçə dəfə hakimlər briqadasına narazılığını bildirib. “Bayıl Arena”da olan əməkdaşımızın verdiyi məlumata görə, son saniyələrdəki epizodların birində “Rəvan”ın təhlükəli hücum təşkil etməsi onu tamamilə təbdən çıxarıb. Hüseynov final fiti səslənən kimi baş hakim Orxan Məmmədovu təhqir edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın