İDMAN XRONİKASI

690

YUNAN-ROMA GÜLƏŞİ

26-27 yanvar 2011-ci il tarixlərində “Alüminumçu” İdman Evinde

“02 Fevral Gəncler günü”nə həsr olunmuş 1994-96-cı il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında keçirilən şəhər birinciliyində Nicat Niftalıyev (42kq), Elvin Orucov (46kq), Şamo Süleymanlı (50kq), Cavid Ələkbərzadə (54kq), Zahid Ələkbərzadə (58kq), Elməddin Allahverdiyev (63kq), Ümüd Yunisov (69kq), Ramil Hümbətov (76kq), Kamran Bədəlov (85kq) və Orxam Məmmədov (100kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
ATICILIQ.

26-27 yanvar 2011-ci il tarixlərində Paralimpiya İdman Kompleksində Azərbaycan Milli Paralimpiya komitəsinin 15 illik yubileyinə həsr olunmuş güllə atıcılığı üzrə kişi və qadınlar arasında açıq şəhər çempionatı keçirilmişdir. Çempionatda Nigar Baçırova (Neftçi İ.S.M.), Əkbər Muradov (P.İ.K.) birinci, Cəmalə Süeymanova (Neftçi İ.S.M.), Rəsul Məmmədov (Neftçi İ.S.M.) ikinci, Elena Taranova (P.İ.K.) və Eyvaz Şükürov üçüncü yerləri tutmuşlar.

3.BOKS. Cari ilin 28-30 yanvar tarixlərində 7 saylı orta məktəbin idman zalında “02 Fevral Gənclər günü” nə həsr olunmuş 1995-96 cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən şəhər birinciliyində Ağa Aslanov (44kq), Kamran Əliyev (46kq), Elşən Abbasov (48kq), Əvəz Əmiraslanov (50kq), Məhəbbət Bəylərov (52kq), Rafayıl Böyükağazadə (54kq), Nicat Səfixanov (57kq), Cavid Qəniyev (60kq), Hümbət Hümbətov (63kq), Şamil Əliyev (66kq) Ruslan Məmmədov (70kq), yaşar Həmidov (75kq) və Kənan Məmmədov (80kq) bütün rəqiblərinə qalib gələrək birinciliyin qalibi olmuşlar.

Şəhər yarışlarının qalib və mükafatçıları Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə mükafatlandırılmışlar.

Mail Hümbətov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər