“İdrak” liseyinin təsisçisi Londonda keçirilmiş Təhsil Texnologiyaları sərgisində iştirak edib

1919

“İdrak” liseyinin təsisçisi pedoqoji elmlər doktoru professor Mönsüm Alışov Britaniya Səfirliyinin dəvəti ilə yanvar ayının 23-25 tarixlərində Londonda keçirilmiş Təhsil Texnologiyaları sərgisində iştirak edib.

Sərgidə Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov və  bir sıra qabaqcıl tədris müəssisələrinin nümayəndələri iştirak ediblər. Bundan başqa sərgi ilə tanış olmaq məqsədilə dünyanın 80-dən çox ölkəsindən aparıcı təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların və müxtəlif sahələrdə ixtisaslaşan özəl şirkətlərin nümayəndələri bir araya gəlib.
“İdrak” liseyinin təsisçisi pedoqoji elmlər doktoru professor Mönsüm Alışov bildirib ki, sərginin keçirilməsində məqsəd müasir texnologiyaların tədrisə tətbiq edilməsi və bunun tədrisin keyfiyyətinə müsbət nəticəsinin təmin edilməsi idi. İdrak liseyinin nümayəndələri öz tərəfindən İKT sahəsində ixtisaslaşmış bir çox şirkətlərlə görüşlər keçirib, innovasiyaların liseyin işinə təsir edəcək müsbət amillərini müzakirə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər