İlham Əliyev Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub (FOTOLAR)

707

Prezident İlham Əliyev Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Cümə məscidi 1990-cı ildə şəhər əhalisinin şəxsi vəsaiti hesabına tikilərək istifadəyə verilmişdir. Eyni vaxtda 700 nəfərin ibadət etmək imkanı olduğu bu məscid son illər təmir olunmadığından əvvəlki görkəmini itirmiş, divarlarda çatlar əmələ gəlmişdir. Məscidin həyətyanı sahəsinin də bərpasına ehtiyac vardır. Buna görə də Prezident İlham Əliyevin tapşırığı ilə məsciddə əsaslı təmir işlərinə və yeni minarənin tikintisinə başlanılmışdır. Bu işlərin sayəsində sumqayıtlıların dini məbədi kompleksə çevriləcək və onun görkəminə də xüsusi gözəllik veriləcəkdir.

Məscidin təmirdən sonrakı vəziyyətini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, əsaslı təmir nəticəsində məscid yeni görkəmi ilə diqqəti cəlb edəcəkdir. Bununla yanaşı, dindarlar ayinləri rahat şəkildə yerinə yetirmək üçün gözəl imkanlar əldə edəcəklər.

Dövlət başçısına müqəddəs “Qurani-Kərim” hədiyyə olundu.

Məscidin həyətyanı sahəsini gəzən Prezident İlham Əliyev ərazidə yaşıllaşdırma işlərinə də diqqət yetirilməsinin vacibliyini bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    İyul 12, 2011 - 21:56

    Dinin qayğısına qalanlara bax.Özıərini imanlı kimi aparırlar ancaq adi hicaba belə qadağa qoyurlar.Məscidləri dəgəlir gətirən biznes obyektinə çeviriblər.İndi təmir adı ilə büdcədən bir xeyli yeyib bu obyekti qəşəng edəcəklər ki,gəlir bir az da artsın.Əməlləri qəşəngləşdirmək lazımdır ay axund Rauf,yaltaqlıq etmək yox.

  • Elnur
    İyul 15, 2011 - 19:07

    Məscidləri bağlayıb dağıtmasınlar. bu da elə onların məscidləri bərpa etmələri kimidir.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər