İlham Əliyev “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olub

695

Prezident İlham Əliyev Sumqayıtda Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında yaradılacaq meydanın sxemi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, “Kimyaçı” Mədəniyyət Sarayı 1986-ci ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır.

Prezident İlham Əliyev meydanın sxeminə baxdı, ərazini gəzdi, burada yeni infrastrukturun yaradılması ilə bağlı tapşırıqlarını verdi.

Sonra Azərbaycan dövlətinin başçısı “Kimyaçı” Mədəniyyət Sarayının inzibati binası ilə tanış oldu.

Bildirildi ki, üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 1063 yerlik böyük konsert salonu, ikinci mərtəbəsində 204 yerlik kiçik müşavirə zalı vardır. Sarayın 56 iş, məşq, dərs otağında 350 yeniyetmənin məşğul olduğu 16 bədii özfəaliyyət dərnəyi fəaliyyət göstərir.

Dövlət başçısı sarayın konsert salonuna baxdı, yenidənqurma işləri ilə bağlı müvafiq tapşırıqlarını verdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər