İlham Əliyev 2 sərəncam imzaladı

1773

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xidmətin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Axundov Vaqif Əlibala oğlu – general-polkovnik

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Nağıyev Sabir Nağı oğlu – general-mayor

Usubov Cəbrayıl Fridun oğlu – general-mayor

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əbdürəhmanov Rauf Zakir oğlu – general-mayor

Orucov Xanbala Tubail oğlu – general-mayor

“Vətən uğrunda” medalı ilə

Vəliyev Mürsəl Əli oğlu – general-leytenant

Kərimov Cavad Məhəmməd oğlu – polkovnik

Qədirov Tərlan Azər oğlu – polkovnik

Salmanov Rasim Firudin oğlu – polkovnik

Vəliməmmədov Rüfət Həmzə oğlu – polkovnik

Bunyatov Zabulla Hənnan oğlu – polkovnik-leytenant

Qasımov Yəhya Baba oğlu – polkovnik-leytenant

Rəhimov Vüqar Həsənağa oğlu – polkovnik-leytenant

Yusupov Elçin Eldar oğlu – polkovnik-leytenant

“İgidliyə görə” medalı ilə

Hacıyev Niyazi Xanbaba oğlu – general-leytenant

Əzizov Azad Hamlet oğlu – polkovnik

Xəlilov Niyazi Polad oğlu – polkovnik

Sarıyev Yaqub Yunis oğlu – polkovnik

Abdulkərimov Rahim Elman oğlu – polkovnik-leytenant

Nəbiyev Fəzahir Fərrux oğlu – polkovnik-leytenant

Nəcəfli Polad Həbib oğlu – polkovnik-leytenant

Seyfullayev Elşən Baxış oğlu – polkovnik-leytenant

Əvəzov Rövşən Məhərrəm oğlu – mayor

“Hərbi хidmətlərə görə” medalı ilə

Novruzov Elmar Qəzənfər oğlu – general-mayor

Abbasov Akif Qüdrət oğlu – polkovnik

Ələddinov Əli Xeyrəddin oğlu – polkovnik-leytenant

Hacıyev Əli Raib oğlu – polkovnik-leytenant

İbrahimov Əjdər Qənbər oğlu – polkovnik-leytenant

Məmmədov Sədyar Musa oğlu – polkovnik-leytenant

Şərifov Cavid Əbdül oğlu – polkovnik-leytenant

Şirinov Mübariz Səyyar oğlu – polkovnik-leytenant

Məlikli Tünzalə İsmayıl qızı – tibb xidməti polkovnik-leytenantı

Abbasov Abbas Tofiq oğlu – mayor

Azayev Elçin Fərman oğlu – mayor

Əliyev Anar Qəzənfər oğlu – mayor

Əmiraslanov Yaşar Aslan oğlu – mayor

Hüseynov Cəmil Allahverən oğlu – kapitan

Kərimov Fərhad Abbas oğlu – kapitan

Nağıyev Emin Eyvaz oğlu – kapitan

Vyatkin Denis Aleksandroviç – kapitan

Bayramov Elxan İbrahim oğlu – baş leytenant

Bayramov Hidayət Rüstəm oğlu – baş leytenant

Məmmədov Səbuhi Əlibala oğlu – baş gizir

Sultanova Rəna Vahid qızı – baş gizir

Camalov Ramil Əliəddin oğlu – gizir

Həmidov Aydın Vaqif oğlu – gizir

Mirabdullayi Mirsahib Mirəlizaman oğlu – gizir

Yusubov İsmayıl Mustafa oğlu – gizir.

***

Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan– Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon (on üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər