İlham Əliyev: yeni prezidentlik dövrünün bir ilində Sumqayıt səfərləri

2062

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.

Son 16 ildə ölkənin sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də regionların davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların inkişafına dair 3 dövlət proqramının uğurla icrası bölgələrin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.

Dövlət başçısı seçkilərdən sonrakı dövrdə, yəni bir il ərzində mütəmadi olaraq ölkənin əksər şəhər və rayonlarına səfərlər edib, görülən işlərlə şəxsən maraqlanaraq tapşırıqlar verib və vətəndaşlarla səmimi görüşlər keçirib. Şad gündə də, dar gündə də xalqın yanında olan İlham Əliyev öz missiyasını uğurla yerinə yetirib.

11 aprel prezident seçkilərindən sonrakı dövrə nəzər yetirsək görərik ki, bu qısa müddət ərzində dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfərlər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, vətəndaşlarla səmimi görüşlər keçirərək onların problemləri ilə maraqlanıb. Bakıya qayıtdıqdan sonra isə bəzi sosial məsələlərin həlli istiqamətində fərman və sərəncamlar imzalayıb.

Diqqət etsək görərik ki, prezident seçkilərindən keçən müddət ərzində, yəni son bir ildə İlham Əliyev ölkənin əksər şəhər və rayonlarında səfərdə olub. Bu səfərlər arasında Sumqayıt şəhərinə edilən səfərlər xüsusilə seçilir. Ötən bir il ərzində ölkə rəhbəri Sumqayıt şəhərinə 5 səfər (2018-ci il: 18 iyul, 16 noyabr, 27 dekabr; 2019-cu il: 16 yanvar, 18 fevral) edib, yeni sosial-iqtisadi infrastrukturun açılışını edib. Əlbəttə ki, açılan hər yeni obyekt yeni iş yerləri deməkdir. Bu da əhalinin sosial durumuna öz müsbət təsirini göstərir. 

sumqayitxeber.com prezident İlham Əliyevin ötən bir ildə Sumqayıt şəhərinə etdiyi səfərləri təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyul 2018-ci il səfərləri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il səfərləri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər