İnformasiya açıqlığına görə Sumqayıt Şəhər İcra Hakimiyyəti sonuncu yer tutur

848

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi 2006-cı ildən başlayaraq informasiya açıqlığı üzrə ictimai informasiya subyektlərinin monitorinqini həyata keçirir.

 Bu ilin fevralın 1-dən iyun ayının 1-dək aparılan monitorinqdə ümumilikdə, 64 mərkəzi icra orqanı və 67 yerli icra hakimiyyəti orqanının rəsmi internet resursu analiz edilib. Monitorinq “İnformasiya əldə etmək haqqında” Qanuna və beynəlxalq normalara, həmçinin elektron hökumət quruculuğu sahəsində mövcud qanunvericiliyə əsaslanaraq “Multimedia” Mərkəzi tərəfindən hazırlanan metodologiya əsasında gerçəkləşdirilib. Əvvəlki illərə nisbətən metodologiya xeyli təkmilləşdirilib. Monitorinqin aparılmasında əsas məqsəd – “İnformasiya əldə etmək haqqında” Qanunun tələbləri baxımından dövlət orqanları tərəfindən internet resursları vasitəsilə ictimai informasiyaların açıqlanması vəziyyətini araşdırmaq, eləcə də bu istiqamətdə hər bir dövlət qurumu üzrə və ümumiləşmiş tövsiyələr hazırlamaqdan ibarətdir. Builki monitorinq zamanı elektron xidmətlərlə bağlı vəziyyət də araşdırılıb. Həmçinin ilk dəfə olaraq yerli icra hakimiyyətlərinin də internet resursları monitorinqə cəlb olunub.

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi informasiya açıqlığı üzrə ictimai informasiya subyektlərinin monitorinqinin nəticələrinə görə Şəhər icra qurumları üzrə ən yüksək informasiya açqılığı göstəricisi Şəki Şəhər İcra hakimiyyətinin saytına məxsusdur 34%, şəhərlər üzrə ən aşağı informasiya açıqlığı göstəricisi Sumqayıt Şəhər İH əldə edib – 13.2%

 Yerli icra orqanlarının ( Şəhər icra hakimiyyətləri) informasiya  açıqlığı üzrə Reytinq Cədvəli (2012)

 

Yerli icra qurumunun adı

Rəsmi saytı

İnformasiya açıqlığı (faizlə)    2012

1

Şəki Şəhəri www.sheki-ih.gov.az

34

2

Şirvan Şəhəri www.shirvan-ih.gov.az

25.7

3

Bakı Şəhəri www.bakucity.az

21.5

4

Mingəçevir Şəhəri www.mingechevir-ih.gov.az

21

5

Lənkəran Şəhəri www.lenkeran-ih.gov.az

20.1

6

Naftalan Şəhər i www.naftalan-ih.gov.az

18.4

7

Yevlax Şəhəri www.yevlax-ih.gov.az

15

8

Gəncə Şəhəri www.ganja-ih.gov.az

14.5

9

Sumqayıt Şəhəri www.sumqayit-ih.gov.az

13.2

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər