“İnvestorlar cəlb etməliyik” – Xəlilovdan ÇAĞIRIŞ

931

“Ələt İqtisadi Zonasının əhəmiyyəti “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılması qədər önəmldidir. Bu iqtisadi zona ölkəmiz üçün çox vacib əhəmiyyət kəsb edir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Mirzəcan Xəlilov deyib.

Deputatın sözlərinə görə, Ələt yer kimi elədə cəlbedicidi deyil.

“Lakin biz bu zonaya yerli və xarici investorları cəlb etmək üçün çalışmalıyıq. Bu zonada kifayət qədər işlər görülüb, yaşıllıqlar salınıb, ancaq bu, qənaətbəxş deyil. Gələcəkdə şəhərsalma planı həyata keçirilməlidir.

Böyük bir şəhərciyin burada salınması üçün imkanlar var. Hətta peşə təhsil kompleks idə burada salına bilər. Hesab edirəm ki, artıq bunun vaxtı çatıb.

Əsasən də peşə təhsili məktəblərinə üstünlük verilməlidir. Həmçinin orada şəhərciklərin salınması ilə Bakı şəhərində yükün azalılması istiqamətində çox böyük işlər görülə bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər