“İphone 8” sevdası iş adamı Elçinin sonu oldu – Həmin gecə yoxa çıxdı

1178
1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlunun anası övladının tapılmasında kömək üçün “Səni axtarıram”a üz tutub.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, qadın oğlunun telefon biznesi olduğunu, sonuncu dəfə keçən il “İphone 8” modelini Bakıya gətirmək üçün getdiyi Dubayda yoxa çıxdığını bildirib.
“Oğlum 2017-ci ilin sentyabrın 3-ü Dubaya getdi, oktyabrın 3-ü qayıtmalı idi. 24-ü mən ona pul aparıb, yanına getdim. “İphone 8” çıxırdı. 36 min dollar pul apardım qızımla ona. Elçin hər il “İphone”un yeni modeli çıxanda elə pul aparırdı. 27-si günü gecə 2 saat danışdım. Dedi “mama, pulları götürmüşəm, ayın 3-ü gəlirəm. O, Dubayda bir qadına paltarını yumağa vermişdi. Dedi “Gedim paltarımı gətirim, gəlirəm”.
Onlar da azərbaycanlıdırlar. Gedib, çörək yeyib. Oğlumun yanına 15 gün idi ki (sentyabrın 13-ündən) , Teymur Vəzirov adında oğlan gəlmişdi. Teymur həmin vaxt Elçinə tez-tez zəng edib, tez evə gəl deyirmiş. Elə həmin gecədən Elçin yoxa çıxdı”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər