İqtisadi İnkişaf Nazirliyi Sumqayıtda yoxlama aparıb

690

“Samuray” firmasına anbarında polietilen torbaların istehsalında istifadə edilən saxlama müddəti ötmüş və qida məhsulları ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan 280 kiloqram boya aşkarlanıb.

Bakı, 30 noyabr -“Hədəf”. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Metalurq küçəsi 1 ünvanında “Samuray” firmasına məxsus istehsalat sahəsində yoxlama aparıb. Yoxlama zamanı polietilen torbaların istehsalında qida ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan boyalardan istifadə edildiyi, polietilen torbaların üzərində təyinatına uyğun olaraq “Ərzaq malları üçün” və ya “Qeyri-ərzaq malları üçün” sözlərinin qeyd edilmədiyi aydın olub. Müəssisənin anbarında polietilen torbaların istehsalında istifadə edilən saxlama müddəti ötmüş və qida məhsulları ilə təmasına icazə verilməsini təsdiqləyən müvafiq sənədləri olmayan 280 kiloqram boya aşkarlanıb. Qanun pozuntuları ilə əlaqədar, polietilen torbaların istehsalının dayandırılması və ticarət şəbəkəsindən geri yığılması, üzərində istifadə təyinatına uyğun lazımi məlumatların qeyd edilmədiyi 5 ton polietilen torbanın satışı dayandırılıb, saxlama müddəti ötmüş 280 kiloqram boyanın polimer torbaların istehsalı üçün istifadəsinin qadağan olunub. Bu barədə “Samuray” firmasına icrası məcburi göstəriş verilib.
Dövlət Xidməti istehlakçılara aldıqları ərzağın üzərində “Ərzaq malları üçün” sözləri qeyd olunmuş polietilen torbalara qoyulmasına diqqət yetirmələrini tövsiyə edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər