Menu
Geri İrəli

“​Qazprom” Azərbaycana ildə 2 mlrd. kubmetr qaz nəql edəcək – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2015 • Baxış sayı: 419 dəfə • Şərh yoxdur

22222

Rusiyanın ”Qazprom” ASC Azərbaycana gündə 10 mln. kubmetr, illik 2 mlrd. kubmetr qaz nəql edəcək. ”Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevjurnalistlərə açıqlamasında bildirib.

R.Abdullayev qeyd edib ki, həmin qaz SOCAR-ın anbarlarına vurularaq saxlanılacaq.

“2016-cı ildən isə həmin qaz Dağıstana nəql olunaraq oranı qazla təmin edəcək. “Qazprom”la müqavilənin 10-15 gün ərzində imzalanması gözlənilir”, – SOCAR başçısı əlavə edib.

“Qazprom”un böyük həcmdə artıq qaz həcmləri mövcuddur. Biz qərara gəldik ki, danışıqlar aparaq və həmin həcmləri qaz anbarlarımıza vuraq. İranla da artıq həcmləri gətirib anbarlarda yerləşdirilməsi məsələsi müzakirə olunub. Qaz anbarlarına rekord həcmdə – 3,5 mlrd. kubmetr qaz vurulub. Anbarın imkanlarını genişləndirmişik və ilkin mərhələdə pilot layihə kimi anbarın imkanlarını yoxlamaq istəyirik”, – SOCAR prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiyanın “Qazprom” ASC sentyabrın 20-21-dən Azərbaycan Metanol Zavoduna (AzMeCo) qaz nəqlinə başlayacaq. Sentyabrın 11-də Bakıda AzMeCo ilə “Qazprom eksport” şirkətləri arasında müqavilə imzalanıb. Müqaviləyə görə, “Qazprom” ildə 2 mlrd. kubmetrə qədər təbii qazı AzMeCo-ya satacaq. Bu həcmdə qazla AzMeCo-nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

Xatırladaq ki, illik istehsal gücü 720 min ton metanol olan AzMeCo-nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər AzMeCo 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın