Menu
Geri İrəli

115 milyard gəlir olub – 83 milyard hara xərclənib?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2015 • Baxış sayı: 341 dəfə • Şərh yoxdur

nefttt

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və “Şahdəniz” qaz kondensat yatağından bu il əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-in yaydığı məlumata görə, bu ilin yanvar-sentyabr aylarında AÇQ yataqları üzrə fond 5 milyard 225 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 274 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Ümumiyyətlə, 2001-ci ildən etibarən AÇQ yataqlar bloku üzrə 115 milyard 376 milyon ABŞ dolları, “Şahdəniz” yatağı üzrə isə 2 milyard 394 milyard ABŞ dolları həcmində gəlir əldə olunub.

Hazırda Neft Fondunun 35 milyard dollar ehtiyatı qalıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın