Menu
Geri İrəli

20-dən artıq dövlət obyekti özəlləşdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2016 • Baxış sayı: 390 dəfə • Şərh yoxdur

emlak_tedbir_200916_01Yeni özəlləşdirmə proqramı çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi növbəti hərracda 24 dövlət obyekti satılıb.

Trend-in məlumatına görə, bunun nəticəsində ölkənin dövlət büdcəsinə 1,1 milyon manat köçürülüb.

Hərracda Bakı alıcıları ilə yanaşı, Abşeron rayonu, Ağdaş, Şəki və Sumqayıt investorları da iştirak ediblər.

Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Qeyd edək ki, ölkədə pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və 2 pambıq zavodunun səhmləri satılıb. Pambıqçılıq sahəsinə aid müəssisələrin özəlləşdirilməsi dövlət başçısının pambıqçılığın inkişafı məsələləri üzrə Sabirabad rayonunda keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasında və qarşıya qoyulan məqsədlərə nail olmaqda mühüm rol oynayır. Belə müəssisələrin özəlləşdirilməsi və investisiya qoyuluşu onların profil üzrə tam gücü ilə işləməsinə yol açır və ölkədə pambıqçılığın inkişafına dəstək verir. Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.

Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşən obyektlərdir. Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən 2,9 milyon vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Xatırladaq ki, növbəti belə hərrac 27 sentyabrda keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılıb.

Son hərraclar bir daha onu göstərir ki, hərraclara kifayət dərəcədə maraq var və vətəndaşlar, fiziki və hüquqi şəxslər hərraclarda ya müşahidəçi və ya potensial alıcı qismində iştirak edirlər. Nəticələr göstərir ki, hərraca olan maraq dairəsi getdikcə artmaqdadır və hərracda iştirak edərək əmlak sahibi olmaq istəyən vətəndaşların sayı çoxalır.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşmə portalında əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Satışa çıxarılmış dövlət müəssisələrinin tam siyahısı ilə aşağıdakı link üzrə tanış olmaq olar:http://privatization.az/index.php/az/sas-s-hif/mue-ssis-l-r#

Facebook Şərhləndirmə:

Şərhinizi yazın