Menu
Geri İrəli

AGBank-ın Sumqayıt filialının açılışı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

Martın 1-də AGBank-ın artıq yeni ünvanda yerləşən Sumqayıt filialının təntənəli açılış mərasimi keçirilib. Filialın rəsmi açılış mərasimində, İdarə Heyyətinin üzvləri, Bankın nümayəndələri, çoxlu sayda müştərilər iştirak ediblər. 2004-cü ilin fevral ayından etibarən Sumqayıtda fəaliyyət göstərən filialın yeni binası N.Nərimanov küçəsi, 53A, 5ci MKR ünvanında yerləşir.

 Adı çəkilən filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunur. Belə ki, “Sumqayıt” filialında müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə üzrə xidmətlər, valyuta dəyişmə əməliyyatları, plastik kart, təcili pul köçürmə əməliyyatları və digər xidmətlər göstəriləcək.

Müştərilər, filialın yerləşməsi və xidmətlər haqqında məlumatı, 135 nömrəsinə zəng edərək əldə edə bilərlər.

bank

Facebook Şərhləndirmə:

Şərhinizi yazın