Menu
Geri İrəli

“ASAN Xidmət korrupsiya hallarını tam istisna edir”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyun 2014 • Baxış sayı: 453 dəfə • Şərh yoxdur
Share Button

Fuad_Ələsgərov23413

“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir”.

AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da bir sıra çətinlik və mərhələlərdən keçib: “Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib.

Belə ağır şəraitdə Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir.

Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir.

Azərbaycanda “ASAN Xidmət”in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın