Menu
Geri İrəli

Avropanın yeni meyvə siyasəti

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2014 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur

5164

Avropa Komissiyası Rusiyanın Avropa İttifaqından kənd təsərrüfatı məhsulları idxalına qadağasına qarşı yeni ehtiyat bazar tədbirləri görür. Bu məqsədlə tez korlanan meyvə-tərəvəzlər üçün 165 milyon avro ayrılıb.
Bu barədə Avropa Komissiyasının rəsmi saytı məlumat yayıb.
Ümumiyyətlə, yeni proqram artıq qalmış məhsulların bazardan çıxarılmasını nəzərdə tutur. Avqustun 18-də meyvə-tərəvəzlə bağlı 125 milyon avroluq oxşar proqram qəbul olunsa da, tam kompensasiya tələblərinə görə, sentyabrın 10-da proqram dayandırılıb. Daha effektli olması üçün yeni proqrama bəzi əlavələr edilib. Ayrı-ayrı üzv ölkələr üçün hər məhsul qrupu üzrə müvafiq miqdarlar müəyyənləşdirilib. Bu miqdarlar əvvəlki 125 milyon avroluq yardım proqramında bildirilən miqdarlar istisna olmaqla, cari mövsüm üzrə son 3 ildə ixracat həcmlərinə nisbətdə verilib. Yeni plana ilk dəfə olaraq, portağal, mandarin və klementin (mandarin və portağal hibridi) də daxil edilib.
Aİ-nin kənd təsərrüfatı üzrə komissarı Dasian Siolos proqramı təsdiqlədikdən sonra deyib: “Rusiya qadağasına qarşı Avropa Komissiyanın meyvə-tərəvəz bazarında gərginliyi azaltmaq üçün 165 milyon avro ayırmasına şadam. Dörd məhsul qrupu üzrə bəzi ölkələr öz prioritetlərini müəyyənləşdirə biləcək, lakin bu proqram əvvəlkindən də əhatəli olacaq. Bu bazar tədbirləri qısamüddətli dövrdə işimizə yarayacaq.”
Xatırladaq ki, bu il avqustun 7-də Rusiya Aİ-dən (həmçinin ABŞ, Kanada, Avstraliya, Norveç) müəyyən kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Aİ Komissiyası bunun ardınca müəyyən tədbirlər həyata keçirib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın