Menu
Geri İrəli

AZAL-dan noutbuk qadağası ilə bağlı – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyul 2015 • Baxış sayı: 238 dəfə • Şərh yoxdur

W1siZiIsIjIwMTUvMDcvMjEvMTkvMTIvMjkvMjg2L2F6YWxfMV8uanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjU Il1d (1)

AZAL-dan noutbuk qadağası ilə bağlı – AÇIQLAMA

 

Təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

 

AZAL sərnişinlərə qoyulan noutbuk qadağasına aydınlıq gətirib.

 

AZAL-ın mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq, aviasiya təhlükəsizliyi nəzarətindən keçərkən elektron cihazlar, o cümlədən noutbuk, əl yükündən çıxarılmalı və ayrıca olaraq skaner üzərinə qoyulmalıdır.

 

Həmçinin təhlükəsizlik məqsədilə elektron cihazlar işə salınmalıdır.

 

Bildiririk ki, noutbukların daşınmasına heç bir yeni qadağa qoyulmayıb.

 

Azərbaycanın beynəlxalq hava limanlarında təhlükəsizlik nəzarəti milli qanunvericilik aktlarına tam uyğun şəkildə aparılır.

 

Qeyd edək ki, dünən virtualaz.org saytında Naxçıvana uçan sərnişindən noutbukunun geri alınması ilə bağlı məlumat dərc olunmuşdu.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın