Menu
Geri İrəli

“Azər-Türk Bank”ın rəhbərliyininin yeni tərkibi formalaşdırılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2014 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur

azerturk_bank_logo_091214“Azəri-Türk Bank” ASC-nin rəhbərliyində dəyişikliklər baş verib. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, buna səbəb Türkiyə “Ziraat Bankası”nın birgə bankda səhm payının azalması ilə əlaqədardır.

Bankdan qeyd ediblər ki, ötən gün “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib: “Yığıncaqda Bankın ali idaretmə orqanlarının yeni təkibi seçilib, nizamnamə kapitalının artırılması haqqında qərarlar qəbul edilib”.

Belə ki, Bankın Müşahidə Şurasının sədri Famil Nəcəf oğlu İsmayılov, üzvləri Samir Nadir oğlu Nəsibov və Müğdət Məmməd oğlu İsmayılov, Audit Komitəsinin sədri Fuad Cavaləddin oğlu Gəncəliyev, üzvləri Araz Şahbaz oğlu Xələfov və Pərvin Qabil oğlu Manafov seçiliblər. Həmçinin Bankın İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət olmaqla yenidən formalaşdırılıb, Elmar Məmməd oğlu Məmmədov İdarə Heyətinin sədri, Fərhad Əsgər oğlu Adığözəlov İdarə Heyətinin üzvü, sədr müavini və Rümiyyə Ağacəfər qızı Məmmədova İdarə Heyətinin üzvü, sədr müavini seçiliblər.

Hazırda bankın elan olunmuş nizamnamə kapitalı 44,2 milyon manat təşkil edib, bu məbləğin 37,5 mln manatı və ya 85-% Azərbaycan Dövlətinə, 6,2 milyon manat və ya 14 %-i Türkiyə Dövləti Ziraat Bankına, 0,5 milyon manat və ya 1-% isə “Ziraat Bank İnernational AG”-yə (Almaniya) məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2009-cu il tarixli 144 nömrəli Fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə olunmasında dövlətin adından Azərbaycan Respublikası Maliyyə Nazirliyi iştirak edir. Bununla yanaşı, ilin sonuna qədər Bankın nizamnamə kapitalının 50 milyon manata qaldırılması qərara alınıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın