Menu
Geri İrəli

Azərbaycan bu sahələrə milyardlar yatıracaq – Ekspert

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2017 • Baxış sayı: 46 dəfə • Şərh yoxdur
Share Button

arzu-qafarliAsiya İnkişaf Bankı inkişaf etmiş ölkələrin iqtisadiyyatının stimullaşdırılmasına təkan verir.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Arzu Qafarlı Asiya İnkişaf Bankının yeni “İdarəçiliyin təkmilləşdirilməsi və dövlət maliyyəsinin səmərəliliyi” Layihəsi haqqında danışarkən deyib. O bildirib ki, hər bir inkişaf edən ölkə bu bankın maraq dairəsindədir və Azərbaycan da bu ölkələr sırasına daxildir:

“Asiya İnkişaf Bankı hər zaman Azərbaycana kredit ayrılmasının marağında olub. Nəzərə alsaq ki, AİB 2018-20-ci illər üçün Azərbaycan da daxil olmaqla, bir çox ölkədə müxtəlif layihələrlə bağlı yol xəritəsini təsdiq edib. Onların Azərbaycana budəfəki səfəri də iqtisadi səmərəliliyin artırılması ilə bağlı bir layihənin gerçəkləşdirilməsi istiqamətindədir”.

Ekspert qeyd edib ki, 2018-20-ci illərdə Azərbaycanın AİB-dən alacağı vəsaitlərə aid kapital ehtiyatlar şəkilində olacaq. İki il ərzində isə kreditləşmə planının təxmini dəyəri 1.6 milyard dollar təşkil edəcək.

A.Qafarlı hesab edir ki, AİB-in ayıracağı vəsaitlər su, nəqliyyat, enerji sahələrinin inkişafı istiqamətində olan layihələrə yönləndirilə bilər. Çünki Azərbaycan bu sahələrin inkişafında maraqlıdır.

Onun sözlərinə görə, qeyri-neft sektorunun bir qolu olan kənd təsərrüfatının inkişafı üçün də müəyyən məbləğdə sərmayələr qoyulsa, daha effektli nəticə əldə etmək olar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın