Menu
Geri İrəli

Azərbaycan MDB-də ən rəqabətqabiliyyətli ölkədir – REYTİNQ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Sentyabr 2015 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur

1 (2)

Yeddinci ildir ki, reytinqdə birinci yeri İsveçrə tutur.

Azərbaycan Ümumdünya İqtisadi Forumunun hazırladığı qlobal rəqabətqabiliyyətlilik reytinqində 40-cı yeri tutub.

Ölkəmizin mövqeyi 2 pillə enib, amma bu da Azərbaycana MDB ölkələri arasında rəqabətqabiliyyətlilik üzrə lider olmağa mane olmadı.

Rusiya cari reytinqdə 45-ci yerdədir.

Reytinqdə yeddinci ildir ki, birinci yeri İsveçrə tutur, ikinci yeri Sinqapur, üçüncü yeri isə ABŞ saxlaya bilib. Almaniya beşinci sıradan dördə keçə bilib, səkkizinci yerdən beşinci yerə Niderland keçib. Onluğa Yaponiya, Honkonq, Finlandiya, dörd pillə geriləyən İsveç və Böyük Britaniya daxildir.

Çin 28-ci yerdədir, Braziliya isə reytinqdə 57-ci yerdən 75-ci yerə düşüb, Hindistan 71-ci yerdən 55-ci yerə yüksəlib.

Ümumdünya İqtisadi Forumunun reytinqi 110-dan çox göstərici üzrə təyin edilir, onların sırasına infrastruktur, əmtəə və xidmət bazarlarının səmərəliliyi, təhsil və səhiyyə keyfiyyəti, ölkədə makroiqtisadi vəziyyət, innovasiyalar, maliyyə bazarının inkişafı və bir sıra digər göstəricilər daxildir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın