Menu
Geri İrəli

Azərbaycan neftinin qiyməti – 41 dolları keçdi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2016 • Baxış sayı: 483 dəfə • Şərh yoxdur

 publika.az1441689349neft pulAzərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,88 dollar yaxud 2,17% bahalaşıb.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 41,45 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Dünya bazarında isə WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,79 dollar artaraq 38,29 dollar/barel təşkil edib. ”Brent” markalı neft isə 1,42 dollar bahalaşaraq 41,07 dollar/barelə bərabər olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın