Menu
Geri İrəli

Azərbaycan nüvə tədqiqatlarına başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur

906945656

“Əməkdaşlıq ediləcək ölkələr müəyyənləşdiriləcək”.

 

Yaxın günlərdə Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyətə başlaması üçün nizamnamə və hüquqi sənədlərin təsdiqlənməsi gözlənilir.

 

Bu barədə dördüncü gün jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müaviniİltimas Məmmədov bildirib.

 

Onun sözlərinə görə hal-hazırda adıçəkilən sənədlərin, Mərkəzin tikiləcəyi yerin müəyyənləşdirilməsinə dair sənədlərin və proqramın hazırlanması istiqamətində iş aparılır. O, qeyd edib ki, bütün bu məsələlər ilin sonuna qədər həll ediləcək.

 

“Hazırlıq işləri başa çatdıqdan sonra, əməkdaşlıq ediləcək ölkələr, tətbiq ediləcək texnologiyalar və s. müəyyənləşdiriləcək”, – Məmmədov dəqiqləşdirib.

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ilin may ayının 8-də sülh məqsədilə nüvə texnologiyalarının istifadəsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində “Milli Nüvə tədqiqatları Mərkəzi” qapalı səhmdar cəmiyyətinin yaradılmasına dair sərəncam imzalayıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın