Menu
Geri İrəli

Azərbaycan strateji özəlləşdirməyə hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2016 • Baxış sayı: 251 dəfə • Şərh yoxdur

737e1384-ed34-4db3-ba9e-9a6fa512f3c2_292

Hazırda Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə yeni proqram məsləhətçi şirkətlər və ekspertlər cəlb edilməklə hazırlanır. “Sumqayixeber.com” “Report” istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib.

O qeyd edib ki, özəlləşdirmədə məqsəd sadəcə bir obyekti özəlləşdirib, dövlət gəlirlərini artırmaq deyil: ”Azərbaycanın kifayət qədər strateji valyuta ehtiyatları var. Özəlləşdirmə ilə bağlı Prezident İlham Əliyev hökumət qarşısında bir neçə məqsəd qoyub. Birincisi, bəlli şərtlər və investisiya təklifləri olarsa, bir sıra dövlət müəssisələrinin müəyyən faizini özəlləşdirməkdir. Burada məqsəd həmin şirkətlərin həm idarə edilməsini, həm də fəaliyətində şəffaflığı artırmaqla, şirkətlərin sağlamlaşdırılmasını həyata keçirməkdir. İkinci kateqoriya müəssisələr isə daha yüksək hissə ilə özəlləşdiriləcək. Burada məqsəd həmin sektorda rəqabət qabiliyyətliyini artırmaqdır”.

Prezidentin köməkçisi iri özəlləşdirmə layihələrinin düşünüldüyünü də qeyd edib. Onun sözlərinə görə, əgər ciddi investorlar tərəfindən iri layihələr üzrə özəlləşdirmə təklifləri olarsa, dövlət bununla bağlı fərdi qaydada qanunlar, qaydalar qəbul edə bilər: ”Dövlət həmin özəlləşdirmədə İnvestisiya Şirkəti vasitəsilə müəyyən müddət iştirak edə bilər. İnvestora lazım olan və beynəlxalq təcrübədə qəbul edilən hər hansı hüquqi və maddi dəstəyi Azərbaycan hökuməti təqdim etməyə hazırdır. Bu sahədə də ümid edirik ki, investorların diqqətini cəlb edə biləcəyik”.

Rabitə obyektləri və müəssisələrinin özəlləşdirilməsi məsələsinə gəlincə isə N.Əmirov əlavə edib ki, yeni özəlləşdirmə proqramı çərçivəsində bu məsələyə də baxılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın