Menu
Geri İrəli

Azərbaycana ən çox pul gətirən 5 məhsul – Prezident açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2017 • Baxış sayı: 394 dəfə • Şərh yoxdur

ilham aliyev3“Kənd təsərrüfatı məhsulları üzrə ölkəyə ən çox valyuta gətirən fındıq və pomidordur”. “Qaynar” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsindən deyib. Dövlət başçısı bildirib ki, bu məhsullar arasında fındıq birinci, pomidor ikinci yerdədir. Fındıq məhsulunun ixracından ölkəmizə 105 milyon, pomidordan isə 94 milyon dollar valyuta daxil olub.

Fındıq ölkəmizə 105 milyon valyuta gəlib. “O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olub. Bu il 100 ton olacaq. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik.

İkinci yerdə pomidordur. Keçən il 94 milyon dollar dəyərində pomidor ixrac edilib. Üçüncü yerdə xurmadır – 68 milyon dollar, dördüncü yerdə şəkərdir – 62 milyon dollar. Amma burada biz bilməliyik ki, bu şəkərin böyük hissəsi qamış şəkərindən, xammalından istehsal olunub. Yəni, şəkərin istehsalı üçün xaricdən xammal gətirilib. İndi biz çuğundura keçəndən sonra 62 milyonun hamısı ölkəmizdə qalacaq, yəni, idxala pul ayrılmayacaq.

Hesab edirəm ki, biz şəkərin istehsalını rahatlıqla iki dəfə artıra bilərik, ya İmişli rayonunda yerləşən zavodda, ya da geniş vüsət alarsa, yeni zavod tikilə bilər.

Beşinci yerdə pambıqdır. Pambıq keçən il bizə 24 milyon dollar valyuta gətirib. Amma bu, birinci ildir. Əminəm ki, bu rəqəm bu il bundan iki dəfə çox olacaq. Yəni, qeyd etdiyim bu beş pozisiya üzrə ölkəmizə keçən il 350 milyon dollar valyuta gəlib. Biz ancaq bunları iki dəfə artırmaqla görün, rahatlıqla nə qədər böyük valyuta əldə edəcəyik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın