Menu
Geri İrəli

Azərbaycanda 4,7 milyonluq layihə

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 258 dəfə • Şərh yoxdur

thumbs

Avropa Şurası və Avropa Birliyinin Bakı nümayəndəlikləri oktyabrın 27-də “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün yeni layihələrin təqdimatını keçirəcək.

Bu barədə Avropa Şurasının Bakı ofisi məlumat yayıb.

2015-2017-ci illərdə həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə akademiyasının rolu və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı xüsusi layihəni həyata keçirməkdir.

4,7 milyon avro dəyərində olan bu layihələri Avropa Birliyi ilə Avropa Şurası maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın