Menu
Geri İrəli

Azərbaycanda əhalinin kredit borclarının silinməsi barədə – AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyun 2015 • Baxış sayı: 938 dəfə • 1 şərh

bayramovBayramov yayılan xəbərləri şərh etdi.

Son zamanlar ən çox verilən sual kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan fikirlər ilə bağlıdır.

Əslində, kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var.

Bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir.

Oxu.Az xəbər verir ki, bunu son günlər Azərbaycanda dövlətin əhalinin 10 min manatadək kredit borclarını bağışlayacağı barədə yayılan şayiələri şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir:

“Həm də bu proses bankları və kredit borcu olanları məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödəilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskirminasiya olacaq.

Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqısına qənaət edərək, yumşaq desək, bəzi hallarda “uşağının boğazından kəsərək” həmin krediti vaxtı-vaxtında qaytarıb, digəri isə bankdan borc alib gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb.

Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o krediti msuliyyətisiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır”.

Ekspert həmçinin qeyd edib ki, borcların bağışlanması isə kredit götürənlərin əksəriyyətində “yenidən borcumu siləcəklər” arxayınçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər:

“Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib.

Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolnandır”.

Facebook Şərhləndirmə:

“Azərbaycanda əhalinin kredit borclarının silinməsi barədə – AÇIQLAMA” yazısına bir cavab

  1. Quliyeva Mequzer Abdulla qızı deyir:

    Sizinle tamamilə razıyam.Kredit borclarının silinməsi insanların məsuliyyətini azaldar.Onları arxayınlaşdırar.Lakin bütün insanlar eyni deyil.Məs: biz defelerle problemlərə düşdük.Evimiz satıldı,Aldanıldıq, Evsiz qaldıq.Oglumun işlədiyi şirkət bağlandı.6 nəfər ailə üzvləri mənim maaşima möhtac oldular. Mən 33 ildir ki müəlliməm.250 manat maaş alıram .Özüm de 10 ildir ki YAP -ın üzvüyəm. Seçki məntəqəsinin katibiyəm.Başqa gəlir yerimiz olmadığı üçün borca faizə düşdük.faizləri ödəmək üçün mən də oğlum da banklardan pul götürüb faizləri borcları ödəyirdik.Əvvəlcə vaxtında ödəyirdik. Lakin faizlər borclar artdöqdan sonra vaxtında ödəyə bilmədik.Banklar bizi məhkəməyə verdi.bank kreditimiz daha da artdı.İndi gücnən ödəyirik.Əlbətdə bizim kimi evsislərə qeydiyyatsızlara güzəşt olsaydı sizlərə çox minnətdar olardıq.

Şərhinizi yazın