Menu
Geri İrəli

Azərbaycanda ərzaq məhsulları 18 faiz bahalaşıb

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 11 Oktyabr 2017 • Baxış sayı: 49 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda ərzaq məhsulları 18 faiz bahalaşıb

Cari ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və o cümlədən ərzaq məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub.

İstehlak məhsullarının qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, ərzaq məhsullarının 17,9 faiz, qeyri-ərzaq mallarının isə 2,5 faiz bahalaşıb. Cari ildə ilk dəfə olaraq istehlak qiymətləri indeksi 0,1 faiz bəndi aşağı düşüb.

Bununla yanaşı, cari ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində mal, qoyun və toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun və marqarin yağlarının, limonun, portağalın, gavalının, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, sarımsağın qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Senytabr ayında avqust ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, minik avtomobillərinin, mobil telefon və fotoaparatların qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın