Menu
Geri İrəli

Azərbaycanda ipoteka sahəsində hansı YENİLİKLƏR olacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Noyabr 2014 • Baxış sayı: 403 dəfə • Şərh yoxdur
Share Button

ipotekaAzərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri yeni ipoteka strategiyasının bəzi detallarını açıqlayıb.

“APA-Economics”in məlumatına görə, Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin sədri Elman Rüstəmov deyib ki, yeni ipoteka strategiyasında üç prinsip əsas götürülüb.

“Bunlardan birincisi, güzəştli ipotekanın dövlətin himayəsində qalması və bu vəsaitin gələcəkdə optimallaşdırılmasıdır. İkinci əsas prinsip isə kommersiya kreditləşməsinin daha da liberallaşdırılması və bu işin bankların üzərinə qoyulması, banklar üçün yeni təklif kanalları, yeni uzunmüddətli vəsait kanallarının yaradılmasıdır. Bu isə maliyyə bazarlarının digər seqmentlərinin, xüsusilə də, pensiya fondlarının, sığorta fondlarının vasitəsilə baş verir. Digər tərəfdən isə, Alman modeli deyilən ipotekanı irəli sürürük. Bu ipoteka əhalinin öz yığımları hesabına baş verir. Bu modelə görə xüsusi bir təsisat yaradılır. Əhali müəyyən məbləğə qədər bu vəsaiti toplayır. Nəzərdə tutulan məbləğ formalaşandan sonra əhali həmin bankdan ipoteka krediti əldə edə bilir. Hesab edirəm ki, bu model Azərbaycanda çox yararlı ola bilər”, – deyə E. Rüstəmov izah edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın