Menu
Geri İrəli

Azərbaycanda kreditlərlə bağlı yenilik

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2017 • Baxış sayı: 80 dəfə • Şərh yoxdur
Share Button

 

Azərbaycanda istifadəçilərə maliyyə vasitəçiləri olmadan borc alıb verməyə imkan verən yeni platforma yaradılır.
Bunu Bakıda V İnvestisiya yarmarkasında “Maliyyə” startapının həmtəsisçisi Cəfər Babayev deyib.

O qeyd edib ki, bu yolla kreditləşmə maksimum şəkildə avtomatlaşdırılacaq.

Onun sözlərinə görə, “Maliyyə” şirkətinin baş ofisi və filialları olmayacaq: “Bu layihə sayt və mobil tətbiqdən ibarət olacaq. Qeydiyyatdan keçən şəxs reytinq yığacaq və bu reytinq onun hansı həcmdə kredit ala və verə biləcəyini müəyyənləşdirəcək”.(Trend)

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın