Menu
Geri İrəli

Azərbaycanda maaşlar artdı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2015 • Baxış sayı: 593 dəfə • 1 şərh

2015-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 508 min nəfər olub, onlardan 877,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 630,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə AzVision-a Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Muzdla işləyənlərin 22,2%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,2%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,1% artaraq 458,9 manat olub.

Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Facebook Şərhləndirmə:

“Azərbaycanda maaşlar artdı” yazısına bir cavab

  1. amin deyir:

    Bes deyirsiz maaslar qalxib?
    hec burda bele cumle yoxduye.Camaati aldatmayin.yalanlara unlike olursuzde.ne xeyri varki size?

Şərhinizi yazın