Menu
Geri İrəli

Azərbaycanda orta əməkhaqqı: yeni rəsmi məlumat açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2014 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur
maaslarDövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə yeni məlumat yayıb. Bildirilir ki, 2014-cü il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub, onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 434,3 manat təşkil edib.
“Media forum” saytı rəsmi məlumata əsaslanıb bildirir ki, nəqliyyatçıların orta aylıq əməkhaqqı 532,3 manatdır. Bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat olub.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin orta aylıq əməkhaqqının isə 694,7 manat olduğu bildirilir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın