Menu
Geri İrəli

Azərbaycanda sərfəli ipoteka başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2015 • Baxış sayı: 662 dəfə • Şərh yoxdur
ipotekaAzərbaycanda dövlət xətti ilə ipoteka kreditləri gözlənildiyi bir vaxtda özəl şirkətlər sərfəli ipoteka kreditlərinə başlayıblar. Fins.az-ın məlumatına görə, artıq bəzi tikinti şirkətləri yerli bankların dəstəyi ilə aşağı faiz dərəcəli və uzun müddətli ipoeka kreditləri təklif edirlər. Həmin kreditlərin verilməsinə ötən həftənin sonundan və bu həftənin əvvəlindən başlanıb. Maraqlıdır ki, bu ipoteka kreditlərinin şərtləri hətta Azərbaycan İpoteka Fondunun xətti ilə verilən dövlət ipotekasından da sərfəlidir. Belə ki, kreditlərin faiz dərəcəsi illik 8%, müddəti 20 il, ilkin ödənişi isə cəmi 10% təşkil edir.

«Yeni Həyat»da 8%-lik ipoteka

Belə ki, «Yeni Həyat» şirkəti Tbilisi prospektində inşa olunan «Qrand Hayat» kompleksindəki mənzillərin sərfəli ipoteka kreditləri ilə satışına başlayıb. Burada mənzilləri illik 8%-lika kreditlə, 20 illik müddətə, 10% ilkin ödənişlə almaq mümkündür. İproteka proqramına Azərbaycan Beynəlxalq Bankı dəstək verir.

«Kristal Abşeron»da ilkin 10% ödəniş

Demək olar ki, eyni satış şərtlərini bu gündən etibarən «Kristal Abşeron» şirkəti təqdim etməyə başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, noyabrın 23-dən etibarən mənzillərin illik 8% olmaqla 20 illik kreditlə satışına başlanıb. İlkin ödəniş isə 10%-ən başlayır.

Dövlət ipotekasından sərfəli

Qeyd etdiyimiz kimi, bu şərtlər hazırda bazarda olan ən sərfəli ipoteka kreditləridir. Hətta dövlət ipoteka kreditlərinin şərtləri də sərfəliliyinə görə, bundan geri qalır. Belə ki, hazırda qüvvədə olan adi ipoteka kreditləri illik 8%, 35 illik müddətə və 30% ilkin ödənişlə təqdim edilir. Göründüyü kimi, ilkin ödənişin az olması özəl ipotekanı daha cəlbedici edir. Üstəlik böyük ləngimələrlə verilən və kifayət qədər «növbə» yaranmış dövlət ipoteka kreditlərindən fərqi olaraq bu şirkətlərin ipoteka kreditlərini rəsmiləşdirmək daha asandır.

Belə təkliflər hələ çox olacaq

Ekspertlər isə bildirir ki, hazırda mənzil bazarındakı vəziyyəti nəzərə alanda belə bundan sonra təkliflər artacaq. «MBA group» konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov fins.az-a bildirib ki, adı çəkilən şirkətlər maliyyə dayanıqlığını təmin etmək və layihəni başa çatdırmaq üçün bütün mümkün güzəştlərə gedirlər: «Bu şərtlərlə ipoteka kreditlərinin verilməsi də bu güzəştlərdən biridir». Ekspert bildirir ki, belə layihələrdə qazanc marjasının böyük olması (yəni maya dəyəri ilə satış qiyməti arasında böyük fərqin olması) da şirkətlərə imkan verir ki, daha endirimli şərtlər təklif etsinlər. N.İbrahimovun sözlərinə görə, mənzil bazarındakı durğunluq səbəbindən bundan sonra endirimli şərtlərə gedən şirkətlərin sayç bir qədər də artacaq. «Özü də bu xüsusilə şəhərin kənarlarındakı yahayış komplekslərində baş verəcək»-deyə ekspert bildirib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın