Menu
Geri İrəli

Azərbaycanda “yaşıl marketlər” işə düşəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 450 dəfə • Şərh yoxdur

59394Azərbaycanda yaxın vaxtlarda “yaşıl marketlər” işə düşəcək. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov Gəncədə keçirilən tədbir zamanı bildirib. Nazirin sözlərinə görə, hazırda layihə üzrə hesablamalar aparılır. Hazırlıq işləri yekunlaşandan sonra, yaxın vaxtlarda “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkələri fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən Kənd Təsərrüfatı Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verməyən yerlərdə ət kəsiminin qarşısının alınmasını təmin etməlidir.

KTN yerli icra hakimiyyəti orqanları ilə birlikdə Bakı şəhərinin rayonlarında, eləcə də, iri şəhərlərdə daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış “fermer mağazaları” və “yaşıl marketlər” şəbəkəsinin yaradılmasının dəstəklənməsinə dair təkliflərini bir ay müddətində hazırlamalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın