Menu
Geri İrəli

Azərbaycanın ixrac etdiyi malların 31,9 faizi aqrar məhsullarının payına düşür

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Oktyabr 2016 • Baxış sayı: 448 dəfə • Şərh yoxdur
Share Button

fruit_2611152016-ci ilin doqquz ayı ərzində Azərbaycanın ixrac etdiyi malların 31,9 faizi aqrar məhsullarının payına düşür. Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Bakıda keçirilən “Qeyri-neft ixracı: günün çağırışları və yeni imkanlar”. konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın aqrar məhsullarının təxminən 90 faizi Rusiyaya çatdırılır.

Bununla yanaşı, nazir müavini qeyd edib ki, əgər 2010-ci ildə kənd təsərrüfatı məhsullarının ixracının strukturunda meyvə-tərəvəzin payı yalnız 31 faiz idisə, indi bu göstərici 80-90 faizə çatıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın