Menu
Geri İrəli

Azərbaycanla Polşa arasında avtomobil əlaqələrinə dair saziş təsdiq edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 417 dəfə • Şərh yoxdur

azerbaycan_polsa_bayragi_000Milli Məclis “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” sazişi təsdiq edib.

Trend xəbər verir ki, parlament bununla bağlı müvafiq qanunu qəbul edib.

Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sazişin müddəaları Azərbaycanla Polşa arasında onların ərazilərindən tranzitlə və üçüncü dövlətin ərazisi ilə razılığa gələn tərəfin ərazisi arasında, həmçinin əks istiqamətdə razılığa gələn tərəflərdən birinin dövlətinin ərazisində qeydə alınan avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımalarına tətbiq olunur.

Onun sözlərinə görə, razılığa gələn tərəflərdən birinin daşıyıcısının digər razılığa gələn tərəfin dövlətinin daxili qanunvericiliyi ilə nəzərdə tutulan icazəni almadığı təqdirdə həmin razılığa gələn tərəfin ərazisində yerləşən iki məntəqə arasında sərnişin və yük daşımasının həyata keçirilməsinə icazə verilmir: “Razılığa gələn tərəflərin dövlət maraqları və dövlət təhlükəsizlik məsələlərinə toxunduğu təqdirdə hazırkı saziş tranzit üzrə qadağaların tətbiqini istisna etmir. Saziş qeyri-müəyyən müddətə bağlanılır. Sənəd razılığa gələn tərəflərdən hər birinin nota verməsi ilə ləğv oluna bilər. Belə olduğu halda saziş ləğv etmə haqqında nota alındığı gündən 6 ay keçdikdən sonra qüvvədən düşür”.

Çıxış edən millət vəkilləri qeyd ediblər ki, bu saziş iki ölkə arasındakı əməkdaşlığı daha da artıracaq, turizmin inkişafına kömək edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın