Menu
Geri İrəli

Azərbaycanlı biznesmendən 30 milyardlıq yatırım

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2014 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur

dollar

Ələkbərov İraq bazarına daxil olur.

 

Rusiyanın ikinci ən böyük neft şirkəti “Lukoyl” İraqın Qərbi Kurna-2 bölgəsi və cənubdakı digər ərazilərə 30 milyard dollarlıq sərmayə yatırmaq niyyətindədir.

 

Bu barədə “Lukoyl” rəsmisi Ravil Maqanov bildirib.

 

Onun sözlərinə görə, mart ayından İraqda neft hasilatına başlayan şirkət sutkalıq hasilatı 1,25 milyon barelə çatdırmaq niyyətindədir.

 

Qeyd edək ki, bu ilin mart ayında başlayan ilk hasilatla bağlı keçirilən mərasimə “Lukoyl” prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov, İraqın neft naziri Əbdülkərim Lüeybi və Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç də qatılmışdı.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın