Menu
Geri İrəli

“Azərikimya”nın “Etilen-polietilen” zavodunun yenidən qurulması çərçivəsində iki müqavilə imzalanıb – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2016 • Baxış sayı: 358 dəfə • Şərh yoxdur

etilen-poli

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ”Azərikimya” İB-nin “Etilen-polietilen” zavodunun yenidən qurulması layihəsi çərçivəsində Birliklə “Technip Italy S.p.A.” şirkəti və “SOCAR-KBR” Birgə müəssisəsi arasında müqavilələr imzalanıb. “Report” xəbər verir ki, hər iki müqaviləni “Azərikimya”nın Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəflərdən isə “Technip Italy S.p.A.” şirkətinin baş icraçı direktoru Marko Villa (Marco Villa) və “KBR” şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Yan Egil Brandeland (Jan Egil Braendeland) imzalayıb.

“Azərikimya” ilə “Technip Italy” şirkəti arasındakı müqavilə modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması,sınaqdan keçirilməsi və istismara hazırlanması daxil olmaqla EPC (Mühəndislik, Satınalınma, Tikinti) müqaviləsidir. İB ilə ”SOCAR-KBR” Birgə Müəssisəsi arasındakı müqavilə isə Layihənin Idarəedilməsi üzrə Podratçı-PMC müqaviləsidir.

Müqavilələrin imzalanması ilə əlaqədar keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev həyata keçiriləcək yenidənqurma və modernizasiya işlərindən bəhs edib. O bildirib ki, görüləcək tədbirlər çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq, son nəticədə “Azərkimya”nın istehsal gücü artacaq, Sumqayıtda tikintisinə başlanılmış Polipropilen və Polietilen qurğuları xammal ilə təmin ediləcək.

SOCAR prezidenti onu da əlavə edib ki, Azərbaycanın bu məhsullara tələbatı ödəniləcək, ixrac potensialı artacaq, texnoloji prosesin stabil və təhlükəsiz istismarının gücləndirilməsi, xammal və hazır məhsulların keyfiyyətinin yüksəldilməsi təmin olunacaq.

Sonra M. Babayev iştirakçılara “Azərikimya”da həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

Y.E.Brandeland isə bildirib ki, müqavilə çərçivəsində “SOCAR-KBR” və “Azərikimya”nın mütəxəssislərindən ibarət inteqrasiya olunmuş idarəetmə komandası – “Birgə Layihə Qrupu” yaradılacaq.

M. Villa isə deyib ki, yenidənqurma layihələri mərhələli olaraq 2018-19-cu illərə qədər davam etdiriləcək: “Layihələrin mürəkkəbliyi nəzərə alınaraq Azərbaycanda neft-qaz və neft-kimya sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı işlər, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət, layihənin idarə edilməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlimlər, yerli personalın biliyinin yoxlanılması və ekspertizası, layihənin icra qrafikinə nəzarətin yerinə yetirilməsi, podratçılara nəzarət və idarəetmə sahələrində böyük təcrübəyə malik “SOCAR-KBR” podratşı qismində işlərə cəlb olunub”.

Xatırladaq ki, hələ bu ilin martında “Etilen-polietilen” zavodunun yenidən qurulması çərçivəsində birliklə “Tecnip İtaly S.p.a” şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə müqavilə imzalanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın