Menu
Geri İrəli

Bağlanmaq astanasına yaxınlaşan banklar- SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2014 • Baxış sayı: 793 dəfə • Şərh yoxdur
Share Button

bankBu gün Mərkəzi Bankın İdarə Heyətinin banklara qarşı yeni kapital tələbini müəyyən etdiyi tarixdən 2 il ötür.

Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artırılmışdı. Məcmu kapitalın minimum miqdarı üzrə yeni normativin 01 yanvar 2014-cü ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Lakin ötən ilin noyabrında bankda olan əmanətçilərin, kreditorların və bank sahiblərinin mənafeyi nəzərə alınaraq  məcmu kapitalını 50 milyon manata çatdıra bilməyən banklara 2014-cü ilin sonuna qədər vaxt verildi. İndi həmin möhlətin başa çatmasına 5 aydan bir az çox vaxt qalıb. Tələbi yerinə yetirməyən bankların lisenziyasının dayandırılacağı gözlənilir. Mərkəzi Bank kapital tələbini yerinə yetirə bilməyən banklara birləşməyi və ya bank olmayan kredit təşkilatına çevrilməyi tövsiyə edir.

Bəs hansı banklar kapitalını yeni normativə uyğunlaşdıra bilməyib? “Marja” həmin bankları təqdim edir.

1.“Parabank” ASC- nizamanmə kapitalı 11,57 milyon manat, cəmi kapitalı 15,47 milyon manat təşkil edir. Ötən il emissiya etdiyi 16 milyon manatlıq səhimi yerləşdirə bilmədi.

2.“Azərbaycan Kredit  Bankı” ASC - nizamanmə kapitalı 11,43 milyon manat, məcmu kapitalı 6,08 milyon manat təşkil edir.

3. “DekaBank” ASC - nizamanmə kapitalı 23,98  milyon manat, məcmu kapitalı 23,50 milyon manat təşkil edir.

4. “Yunayted Kredit Bank” ASC - nizamanmə kapitalı 29  milyon manat, məcmu kapitalı 31,06 milyon manat təşkil edir.

5. “Naxçıvanbank” ASC - nizamanmə kapitalı 14,7  milyon manat, məcmu kapitalı 17,08 milyon manat təşkil edir.

6. “Günay Bank” ASC - nizamanmə kapitalı 18,09 milyon manat təşkil edir. Bank əlavə səhm emissiyasına start versə də yerləşdirilməsi ləng gedir.

7. Pakistan Milli Bankı Bakı filialı - nizamanmə kapitalı 9,42 milyon manat, məcmu kapitalı 10,08 milyon manat təşkil edir.

8- “Eurobank” ASC – məlumat yoxdur. Mərkəzi Bankın yeni qərarından sonra kapitalının artırılması üçün əlavə səhmlər emissiya etməyib.

9. Bank Melli İran – nizamanmə kapitalı 22,41 milyon manat, məcmu kapitalı 21,20 milyon manat təşkil edir.

10. “NBC Bank” ASC - nizamnamə kapitalı 36,53 milyon manat, məcmu kapitalı 37,92 milyon manat təşkil edir. Bankın kapital tələbini yerinə yetirəcəyi ehtimalı böyükdür.

11. “Bank Avrasiya” ASC- nizamnamə kapitalı 22  milyon manat, məcmu kapitalı 21,07 milyon manat təşkil edir.

12. “ATRABANK” ASC  - nizamnamə kapitalı 20,7  milyon manat, məcmu kapitalı 21,39 milyon manat təşkil edir.

13. “Kövsər Bank” - Bankın nizamnamə kapitalı 12.02 milyon manatdır. Azərbaycan Mərkəzi Bankı  Bankın lisenziyasını bu ilin aprelində  bərpa edib.

Göründüyü kimi, Azərbaycanda fəaliyyət göstərən 44 bankdan 13-ü yeni kapital tələbini yerinə yetirə bilməyib. Ekspertlər təxminən 10 bankın tələbi yerinə yetirə bilməyəcəyini proqnozlaşdırırlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın