Menu
Geri İrəli

Bakı-Cenevrə aviakörpüsü – ilk dəfə biznes cetlərlə!

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2014 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

274534

“Azərbaycan Hava Yolları” Milli aviaşirkəti, Silkway Travel şirkəti ilə birlikdə bu ilin 11 iyul tarixindən etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayır.

Uçuşlar hər həftənin 5-ci və 7-ci günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcəkdir. Bu reyslərin sərnişinləri həm hava limanında həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların AZAL-MİLES hesablarına artırılmış ballar köçürüləcəkdir.
Təklif edilən uçuş cədvəlindən istifadə edərək:
Bakı – Cenevrə, qalxış 07:55, eniş 09:55

Cenevrə – Bakı, qalxış 11:15, eniş 18:55,

bizim sərnişinlər Cenevrədə həftə sonu keçirə, sağlamlıqları ilə məşğul ola və ya möhtəşəm dağlar və göllər ölkəsi olan İsveçrəyə yay istirahətinə yollana bilərlər.
Əlavə məlumat: (012) 5988880, *8880, callcenter@swtravel.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın