Menu
Geri İrəli

Bakı, Sumqayıt və Gəncə «ASAN xidmət» mərkəzdərinin fəaliyyətinə isə 9,5 milyon manat xərclənib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 May 2014 • Baxış sayı: 432 dəfə • Şərh yoxdur
asan sumqayit 2605132013-cü il dövlət büdcəsinin icrası zaman gəlirlər 19 496 329,9 min manat, xərclər 19 143 492,0 min manat olub. Maliyyə Nazirliyinin 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatına görə, ötən il ümumi daxili məhsulun (ÜDM) artım tempi 5,8 faiz təşkil edib. ÜDM-də qeyri-neft sektorunun payı 56,6 faizə yüksəlibsə, neft sektorunun payı 43,4 faizə qədər düşüb.
ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 2012-ci ilə nisbətən 4,4 faiz artaraq 7912 dollar təşkil edib.
Maliyyə Nazirliyinin ilk dəfə təqdim etdiyi bu cür geniş hesabatda diqqət çəkən bir sıra məqamlar var. Dövlət Statistika Komitəsi ilə yanaşı, Maliyyə Nazirliyi də öz hesabatında əhalinin gəlirlərinin böyük bir hissəsinin istehlak xərcələrinə getdiyi göstərilir. Belə ki, MN-nə görə, ötən il əhalinin ümumi gəliri 37,6 milyard manat (adambaşına 4040 manat) olub. Onun 64,3 faizi istehlak xərclərinə, 1,8 faizi banklara olan borclara, 8,3 faizi vergiyə, sosial sığorta və üzvlük haqlarına ödənilib. Ümumi gəlirin cəmi 25,6 faizi əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Dövlət büdcəsinin icrası ilə bağlı vəziyyətə gəlincə, 19,1 milyard manatlıq gəlir proqnozuna qarşı 19,4 milyard (101,8 faiz) manat olub. Onun 11,3 milyard manatı və ya 58,2 faizi Dövlət Neft Fondundan transfert təşkil edir. Təəssüf ki, dövlət büdcəsinin gəlirlərinin cəmi 34,2 faizi (6,6 milyard manatı) Vergilər Nazirliyinin xətti ilə daxilolmalar tutur. Vergi daxilolmalarının 3 milyard manata yaxınını (43,5 faizi) neft sektoru təşkil edir. 19,1 milyardlıq büdcənin gəlirlərinin cəmi 3,7 milyardı qeyri-neft sektorunun payına düşür. Bu o deməkdir ki, Azərbaycanın qeyri-neft büdcəsi qonşu və kasıb Gürcüstan və Ermənistan büdcəsindən də azdır. Maliyyə Nazirliyinin hesabatına görə, qeyri-neft sektorunda vergi daxilolmalarında 437,2 milyon manatlıq artım var. Əlbəttə, bu artımın səbəbinin kökündə ötən ilin sonunda yanacağın və dizelin bahalaşması, əhalinin əməkhaqlarının artımı durur. Yəni hər hansı bir sahibkarlıq subyektlərinin genişlənməsindən danışmaq yersizdir.
Hesabatdan məlum olur ki, neft sektoru üzrə vergi daxilolmaları 2012-ci ilə nisbətən azalıb. Belə ki, 2012-ci ildə vergi daxilolmalarında 45,4 faiz idisə, ötən il bu rəqəm 43,5 faizə qədər düşüb. Bu isə ölkədə neft hasilatının aşağı düşməkdə davam etdiyini göstərir.
2013-cü ilin dövlət büdcəsinin xərclərinə gəlincə, 96,4 faizi və ya 19,8 milyard manatı icra olunub. MN-nin hesabatından məlum olur ki, cari xərclərdə  2012-ci ilə nisbətən 1 faizə yaxın azalma olubsa, əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) 16,4 faiz artım baş verib.
Xərclər strukuruna nəzər yetirdikdə təmir-tikinti xərclərinin cari xərclərdən çox olması hökumətin büdcə siyasətinə yanaşmasını ortaya qoyur. Belə ki, büdcənin 9,19 milyard manatı (48 faizi) dövlət strukrturlarının saxlanmasına, əməkhaqları və təqaüdlərin verilməsinə yönəlib. 9,22 milyard manatını (48,2 faizi) investisiya xərclərinə istifadə ediblər. Yerdə qalan 728 milyon manatı isə xarici borcların ödənilməsinə sərf edilib.
Büdcəni təhlil etdikdə, hökumətin sosail siyasət yürütdüyünü qətiyyən demək olmaz. Çünki xərclərin cəmi 14,4 faizi əməyin ödənişinə, 9 faizi təqaüdlərin və sosial müavinətlərə, 1,7 faizi subsidiya və cari transfertlərə yönəldilir. Ümumilikdə, iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərcləri cəmi 25,6 faiz sosialyönümlü xərclər təşkil edir.
2013-cü ilin büdcə xərclərinə əsaslı vəsait qoyuluşlarından «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda və «Regionların 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı üzrə Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə 322,6 milyon manat sərf edilib. Həmin vəsaitlər əsasən, Dövlət Neft Şirkətinə, «Azəristiliktəzhizat» ASC, «Azərsu», «Meliorsiya və Su Təsərrüfatı» ASC və Nəqliyyat Nazirliyinə ayrılıb.
1,2,3 saylı Bakı, Sumqayıt və Gəncə «ASAN xidmət» mərkəzdərinin fəaliyyətinə isə 9,5 milyon manat xərclənib.
Keçmiş Azərbaycan SSR Əmanət Bankında batmış əmanətlərin qaytarılmasına 2013-ci ildə kifayət qədər böyük həcmdə vəsaitin ayrılması (324 milyon manat) diqqət çəkir. Çünki əmanətlərin əsas hissəsi 2012-ci ildə ödənilmişdi. Növbəti  ildə yalnız sənədləri araşdırılanlara ödəmələr aparılmışdı.
Vüsalə RÜSTƏMOVA
Facebook Şərhləndirmə:

Şərhinizi yazın