Menu
Geri İrəli

Bakıda bağlanacaq banklar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Oktyabr 2015 • Baxış sayı: 690 dəfə • Şərh yoxdur
Share Button

Azərbaycanda bir neçə bankın filialları fəaliyyətini tamamilə dayandırıb.

ANS PRESS-in məlumatına görə, gün ərzində bir neçə bank bu barədə rəsmi məlumat yayıb. Bu cür addımın atılması haqda açıqlamalarda isə tələbatın azalması, işin optimallaşdırılması kimi səbəblər göstərilib.

Bəzi qurumlar isə hazırda iqtisadi çətinlik olduğunu etiraf edərək şirkətin rəqabətə davamlılığını artırmaq üçün bu yola əl atdığını etiraf edib.

Bank sahəsi üzrə ekspert Cavid Kərimov da ANS PRESS-ə açıqlamasında bunların məhz ölkədəki iqtisadi vəziyyətin çətin olması ilə əlaqədar olduğunu deyib.

“Ölkədəki iqtisadi vəziyyət bütün sahələrdə olduğu kimi istehlak sahəsində ixtisaslaşan banklara da təsirsiz ötüşmür. Banklar da öz növbəsində bu vəziyyətə uyğunlaşmaq üçün ya inkişafını dayandırır, yaxud da kiçilməklə fəaliyyətlərini məhdudlaşdırırlar, – deyə Cavid Kərimov fikrini izah edib.

Bir müddət əvvəl Azərbaycanda baş verən devalvasiyadan sonra problemli kreditlərin kəskin şəkildə artması da bankların vəziyyətini daha da ağırlaşdırıb.

Belə ki, özəl kommersiya bankları problemli kreditlərə görə ehtiyatını artırmaq üçün müxtəlif yollarla xərclərini azalatmağa çalışır.

“Hal-hazırda baş verən iqtisadi proseslər bəzi bankların daha ciddi maliyyə çətinlikləri ilə üzləşməsinə səbəb ola bilər”, – deyən Cavid Kərimov bəzi təşkilatların vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.


Azərbaycanda bankların problemli kreditlər üzrə renkinqi

Ölkədəki kredit təşkilatlarının vəziyyətinin bu həddə çatmasının əsas səbəblərindən biri də onların xarici təcrübədən faydalanmamasıdır. Bu isə onların maliyyə dayanıqlılığının zəif olmasına gətirib çıxarıb.

Xarici təcrübədən faydalanmayan kredit təşkilatları müasir idarəetmə prinsipləri tətbiq etmədi. Bu isə risklərin idarə edilməsi, strategiyanın, uzunmüddətli inkişaf yolunun müəyyənləşdirilməsində çətinliklər yaratdı. Nəticədə, həmin kredit təşkilatlarının maliyyə dayanıqlılığı mənfi tərəfə kəskin dəyişdi.

Ekspert Cavid Kərimovun fikrincə, bank sistemi xarici səhmdarlara şərait yaratmadığından onların maliyyə stabilliyi çox zəifdir. “Azərbaycanda xarici səhmdarları olan maliyyə təşkilatları isə maliyyə institutlarına çevrildilər. Hazırda bu təşkilatlar Dünya Bankı, onun törəmə təşkilatları və digər beynəlxalq təşkilatlarla əlaqəsi olanlardır”.


Cavid Kərimov

Ölkədəki kredit təşkilatlarının yaranmış çətin vəziyyətdən çıxmasının isə bir neçə yolu var. Bunlardan biri bankların əlavə maliyyə mənbələri tapmasıdır. Bu, dövlət və ya xarici maliyyə qurumu ola bilər.

Məsələn, Rusiyada iqtisadi vəziyyət ağırlaşanda dövlət banklara maliyyə yardımı edib. Bu zaman ehtiyacı olan təşkilatlara uzun müddətə aşağı faizlə və ya faizsiz vəsait ayrılıb. Beləliklə, banklar həmin vəsaitlə maliyyə vəziyyətini düzəldir və bundan sonra həmin vəsait dövlətə geri qaytarılır.

Başqa bir yol isə Mərkəzi Bankın bankları əlavə xərclərdən azad etməsi, onların xərclərini azaltmasıdır.

Lakin Azərbaycanda bankların son vəziyyəti onu göstərir ki, görülən bütün tədbirlərə baxmayaraq, kredit təşkilatlarının çətinliyi uzun müddət davam edəcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın