Menu
Geri İrəli

Bank rəhbəri: Manatın məzənnəsi ilə bağlı ən pis ssenari geridə qalıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2016 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

manat-10

“Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək”.

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin artırılması manatın məzənnəsinə təsir etməyəcək.

Sumqayıtxeber.Az APA-ya istinadən xəbər verir ki, “TuranBank”ın Müşahidə Şurasının sədri Fuad Musayev deyib.

F. Musayevin sözlərinə görə, manatın məzənnəsinə daha çox təsir edən amil tədiyyə balansıdır. “Azərbaycanın idxalı artıq mövcud manat durumuna adaptasiya olub.

Azərbaycanın bundan sonrakı durumu ixracın artımı istiqamətindədir. Real sektor da artıq buna adaptasiya olub. Fikrimcə, ən böyük volatillik geridədir. Manatın məzənnəsini müəyyən dəhlizdə görürəm.

Biz artıq dolların 1,60 manata çatmasını görmüşük və ən pis ssenari artıq geridə qalıb. Zamanla bazar manatın məzənnəsini tələb-təklif əsasında tənzimləyəcək. Banklar və əhali isə buna uyğunlaşmalıdır”, – deyə F. Musayev qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın