Menu
Geri İrəli

Banklarda vəziyyət necədir? – Siyahı

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Yanvar 2016 • Baxış sayı: 416 dəfə • Şərh yoxdur

merkezi-bankXəbər verdiyimiz kimi, Mərkəzi Bank son günlər bir sıra bankların məcmu kapitalının yetərli olmadığını əsas gətirərək onların bağlanması barədə qərar verib. “Qafqazinfo” xəbər verir ki, ölkədə fəaliyyət göstərən 6 özəl bank bu səbəbdən bağlanıb.

“Qafqazinfo” bankların bağlanmasının aktual olduğu bir məqamda ölkədə fəaliyyət göstərən bankların məcmu kapitalının 2015- ci ilin sonuna nə qədər olduğunu araşdırıb.

Məlum olub ki, “Bank of Baku”nun 2015- ci ilin sonuna olan məcmu kapitalının həcmi 111756.18 manat təşkil edir. “Bank Respublika”- 61.031, “Bank Silk Way”- 103,418.73, “Bank Melli İran”- 51 322 773.55, “Amrahbank”- 53.0000, “Kapital Bank”- 286 802,37, “Nikoil Bank”- 52.305.198, “Paşa Bank”- 360,038.15, “Ata Bank” – 31 mart 2015- ci ilə açıqladığı hesabatda bankın məcmu kapitalı- 61.5 601,0, “Turan Bank”- 55616.11623, “Bank VTB”- 50. 2,“Yapıkredibank Azərbaycan”- 59569.82, “Para Bank” -50 milyon, “Günay Bank”- 62 milyon ,“Deka Bank” - 61948.46558, “Azərkredit Bank” - 49 003.77 təşkil edir.

“Bank Standard”, “Unibank”, “Acsess Bank”, “Express Bank”, “Kredo Bank” , “Muğan Bank”, “Texnika Bank”, “Rabitə Bank” , “Naxçıvan Bank”, “Zamin Bank”, “Bank Avrasiya” isə 2015- ci ilin sonuna olan maliyyə hesabatlarını hələ də açıqlamayıb.

Qeyd edək ki, Mərkəzi Bankın banklar üçün tələbi budur ki, bankların məcmu kapital ehtiyatı 50 milyon manatdan az olmamalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın