Menu
Geri İrəli

BANM-də əfqan tələbələr təhsil alacaqlar

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur
Share Button

e

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və Əfqanistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş zamanı bu haqda razılığa gəliblər.

Səfir Məhəmməd Tağı Xəlilini salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnunluğunu bildirib. Elmar Qasımov Azərbaycanla Əfqanıstanın tarix və mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirib. O, Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında səfirin böyük rolu olacağına inamını ifadə edib. Rektor qonağa BANM-in yaranma tarixi haqqında danışaraq bu Ali Məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğulayıb. O, bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasıdır. Azərbaycanın ali təhsil müəssisələrinin fəaliyyəti haqqında danışan E.Qasımov BANM-in ölkəmizdə öndə gedən ali təhsil ocağı olduğunu deyib. E.Qasımov SOCAR-ın fəaliyyətindən söz açaraq şirkətin həyata keçirdiyi layihələrə diqqət çəkib. O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu və tədrisin ingilis dilində aparıldığını qonağın diqqətinə çatdırıb. BANM-də üç ixtisas üzrə yüksək ixtisaslı mühəndis kadrların hazırlandığını deyən Elmar Qasımov Ali Məktəbin kampusu haqqında söz açıb. O, kampusun Qafqazda ən böyük kampus olacağını bildirib. İşlərin artıq yekunlaşdığını deyən rektor ilin sonuna qədər tamamlama işlərinin başa çatacağını diqqətə çatdırıb. Kampusun layihəsi ilə səfiri tanış edən Elmar Qasımov orada tələbələr üçün yaradılan şəraitdən söz açıb. O, hər il qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin BANM-ə daxil olduğunu deyərək, Prezident təqaüdçüsü adını qazanan Ali Məktəbin tələbələrinin sayının ildən-ilə artdığına diqqət çəkib. Rektor BANM-də tədrisin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. E.Qasımov tələbələrin SOCAR-da, o cümlədən BP, Total, Schlumberger, Emerson, Schneider Electric kimi bir sıra beynəlxalq şirkətlərdə istehsalat təcrübəsi keçdiklərini xatırladıb.

O, bildirib ki, BANM-in məqsədi SOCAR-la yanaşı, dünyanın bütün tanınmış neft-qaz və kimya sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Elmar Qasımov əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırıb. Elmar Qasımov BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğunu bildirib.

Səfir Məhəmməd Tağı Xəlili Azərbaycanda olmaqdan və Bakı Ali Neft Məktəbinə gəlişindən məmnun olduğunu deyib. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirib. O, özünü Azərbaycan xalqına çox yaxın hiss etdiyini bildirib. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə BANM-in rektoruna minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu dilə gətirib.

Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparılıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın