Menu
Geri İrəli

Bazarla yarmarkanın fərqi müəyyənləşdi – Baş nazirdən qərar

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2016 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

bazaryarmarka_925Nazirlər Kabineti 3 aprel 2014-cü ildən qüvvədə olan “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edib.

sumqayitxeber.com  marja.az-a istinadən xəbər verir ki, müvafiq qərar prezidentin 16 yanvar 2014-cü il tarixli “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamının icrası məqsədilə verilib.

Nazirlər Kabinetinin qərarına əsasən, bazar, topdansatış bazarı, pərakəndə satış bazarı, kənd təsərrüfatı məhsullarının satış bazarı, yaşıl market, fermer mağazası, yarmarka, eləcə də kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının yarmarka-satışı yerlərinə aydınlıq gətirilib.

Məsələn, yaşıl marketdə bitki, bitkiçilik və heyvandarlıq məhsulları satılır. Yaşıl marketin anbarı, laboratoriyası, avtoparkı, eləcə də sertifikatlaşdırılmış ekoloji kənd təsərrüfatı məhsullarının satış yeri olmalıdır.

Fermer mağazalarında xüsusi fərqləndirici lövhələr quraşdırılmalıdır.

Hökumət yarmarkaların təşkili səllahiyyətini yerli icra hakimiyyətlərinə verib. Onlar yarmarkaların təşkili üzrə xüsusi tədbirlər planı hazırlamalıdır. Kənd təsərrüfatı məhsullarının və ərzaq mallarının satış-yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında müəyyən günlərdə (şənbə və bazar günləri, bayram günləri və digər əlamətdar günlərdə) təşkil edilir. Yarmarkalarda xüsusi lövhələrdə satılan malların qiymətləri göstərilir. Bu yarmarkalar dövlət büdcəsinin vəsaiti ilə təşkil edilir. Əgər yarmarkanı ayrı-ayrı şəxslər təşkil edirsə, onlar da maliyyələşdirir.

Qaydalarda aşağadakı şəkildə aydınlatma öz əksini tapıb:

2.1.26-1-ci yarımbəndlər əlavə edilsin:

“2.1.4-1. bazar - müəyyən ərazidə daimi fəaliyyət göstərən, malların satışı və xidmətlərin göstərilməsi üçün ayrılmış ticarət yerlərinə malik əmlak kompleksi;

2.1.4-2. topdansatış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu topdansatış yerləri təşkil edən bazar;

2.1.4-3. pərakəndə satış bazarı - ticarət yerlərinin 80 faizdən çoxunu pərakəndə satış yerləri təşkil edən bazar;

2.1.4-4. kənd təsərrüfatı məhsulları bazarı - ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar;

2.1.4-5. yaşıl market - yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyekti;

2.1.4-6. fermer mağazası - yerli fermer, ailə kəndli və ev təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışının həyata keçirildiyi ixtisaslaşdırılmış ticarət obyekti (mağaza);

2.1.4-7. yarmarka - müəyyən edilmiş ərazidə və müddətdə malların satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.4-8. kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkaları - müəyyən edilmiş ərazidə və müddətdə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı (işlərin görülməsi, xidmətlərin göstərilməsi) məqsədi ilə təşkil edilən tədbir;

2.1.26-1. baytarlıq şəhadətnaməsi - malların, о cümlədən heyvan mənşəli məhsulların və xammalın baytarlıq-sanitariya ekspertizasından keçirilməsi barədə müəyyən olunmuş qaydada və nümunədə hazırlanan və müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təsdiq edilən rəsmi sənəd;”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın